XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyində Almaniya səfiri ilə görüş

İqtisadiyyat Nazirliyində Almaniya səfiri ilə görüş

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

Nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu qeyd edilib.

Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının mövcud vəziyyəti və inkişafı istiqamətləri, Tvinninq layihələri, investisiya, enerji və biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.