İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib. İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.
Tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Seyidov Nuri Söyünqulu oğluna Dövlət Qulluğunda Fərqlənməyə görə medal təqdim edilib.


