Startap sahəsində investisiyalara birbaşa çıxış üçün və Azərbaycanda startapların inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq “OurCrowd” vençur şirkəti ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC fəaliyyəti dövrü ərzində ilk dəfə texnoloji startap layihəsinə 1 mln. ABŞ dolları məbləğində investisiya yatırıb.
İnvestisiya yatırılmış İsrailin LARGIX startapı 3D soyuq çap texnologiyasından istifadə etməklə polipropilen və polietilendən sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşır.








