XƏBƏRLƏR ƏLAQƏ

Yerli damazlıq yumurta istehsalı zavodunun tikintisinə dair Səhmdarlar Müqaviləsi imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “AgriGo”, “Shaniray Technologies”, “Azerbaijan Poultry Company” MMC və digər şirkətlər arasında damazlıq yumurta istehsalı layihəsinə investisiya yatırılmasına dair Səhmdarlar Müqaviləsi imzalandı.

Yevlax Agropark ərazisində ən son texnologiya və müasir proseslərdən istifadə etməklə illik 18 mln. ədəd istehsal gücü olan yerli damazlıq yumurta istehsalı zavodunun tikintisi nəzərdə tutulur. Layihədə AİŞ-in payının 29.9% təşkil edilməsi nəzərdə tutulub.

Layihə daha keyfiyyətli və münasib qiymətli damazlıq yumurta istehsal etməklə ölkənin idxaldan asılılığını azaltmaq və qida təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd: Müəssisənin strateji tərəfdaşı İsrailin “AgriGo” şirkəti sənayenin xüsusiyyətləri və heyvandarlıq, istixanalar və akvakulturada tikinti həlləri üzrə 25 ildən artıq təcrübəyə malikdir.