XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

AİŞ Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb

AİŞ Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC idxaldan asıllığın azaldılması, yerli istehsala dəstək və əlavə iş yerlərinin yaradılması məqsədi ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb.

Layihənin əsas məqsədi Azərbaycanda beynəlxalq təcrübədən və texnologiyadan istifadə etməklə müasir tələblərə cavab verən heyvan sağlamlığı üzrə bioloji preparatların və peyvəndlərin istehsalı vasitəsilə ölkənin bu sahədə olan tələbatının idxaldan asıllığının azaldılması, təcrübəli mütəxəssislərin cəlb edilməsi və yerli mütəxəssislərin yetişdirilməsi və mərkəzləşdirilmiş laboratoriyanın yaradılmasıdır.

Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti" heyvanlar üçün epizootiya əleyhinə bioloji preparatların (peyvəndlərin) Türkiyədə ən böyük istehsalçısıdır.