XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

AİŞ ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında görüş keçirilib

AİŞ ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında görüş keçirilib

16 may 2023-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasında keçirilən İllik Toplantısında Azərbaycan “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında görüş keçirilib.

Görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verib.

Şirkətlər potensial investisiya layihələrini birlikdə nəzərdən keçirmək barədə danışıqlar aparıblar.