İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemlərin kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670.000 dollar investisiya yatırıb.
Qeyd edək ki, 2016-cı ildə təsis edilmiş “C2A Security” şirkəti son illərdə, elektrik avtomobil (EV) bazarında aktiv inkişafın müşahidə olunduğunu nəzərə alaraq və EV istehlakçıların üzləşdiyi kiberhücum təhlükəsinin qarşısını almaq məqsədilə müvafiq sahədə xidmətlərini bazara təqdim edir. Şirkətin məhsulları, orijinal avadanlıq istehsalçıları və 1-ci dərəcəli tədarükçülərinə, avtomobilin bütün həyat dövrü boyunca uyğunlaşdırıla bilən bir proqram paketi üzrə tam nəzarət imkanı verir. “C2A Security” elektrik avtomobil sənayesi üçün EVSec adlı xüsusi təhlükəsizlik idarəetmə sistemi yaradır. EVSec, real vaxt rejimində elektrik nəqliyyat vasitələri, enerji doldurma stansiyaları və şəbəkə üçün mərkəzləşdirilmiş kibertəhlükəsizliyin həyat dövrünün mühafizəni təmin edən idarəetmə sistemidir. Şirkət ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrin bazarlarında tətbiq olunan altı patentə malikdir. Hazırda şirkət dünyanın aparıcı avtomobil istehsalçıları ilə uğurlu əməkdaşlıq edir.