XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

Azərbaycan İnvestisiya Şirkəti ASC, SOCAR və bp şirkəti arasında Qoşulma Sazişi imzalanıb.

Azərbaycan İnvestisiya Şirkəti ASC, SOCAR və bp şirkəti arasında Qoşulma Sazişi imzalanıb.

Azərbaycan İnvestisiya Şirkəti ASC, SOCAR və bp şirkəti arasında Qoşulma Sazişi imzalanıb.

Qoşulma Sazişi SOCAR-ın və Azərbaycan İnvestisiya Şirkətinin “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirir. Sözügedən layihə işğaldan azad olunan ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsinə və ölkəmizin bərpaolunan enerji potensialının inkişafına dəyərli töhfə verəcəkdir.

Bu saziş bp-nin İdarə Heyətinin sədri Helge Lund, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrel və bp-nin sabiq icraçı direktoru Lord Con Filip Braunun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərəfindən təşkil olunduğu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Bakıya səfəri zamanı imzalanıb.

Tədbir Heydər Əliyev tərəfindən 2001-ci ildə Azərbaycanda təsis olunmuş Neftçilər Günü münasibətilə keçirilib.

Səfər zamanı nümayəndə heyəti Prezident İlham Əliyevlə də görüşüb. Görüş zamanı bp nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun 100 illik yubileyinin əhəmiyyətini, həmçinin ulu öndərin Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna xidmətlərini vurğulayıblar.