XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib

Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib

7 dekabr 2023-cü il tarixində Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Pirallahı Sənaye Parkında keçirilən mərasimdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Gen Pharma Caucasus  Şirkətin Direktorlar Şurasının sədri və sahibi Abidin Gülmüş, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin  icraçı direktoru Ülvi Mansurov, “SİA Pharmaceuticals” şirkətinin təsisçiləri və aidiyyəti dövlət qurumların rəhbərləri iştirak etmişlər.

 31 iyul 2023-cü il tarixində  "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti" və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7,8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulur.

Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.