XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Tacikistan Respublikasının “TALCO” ASC arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Tacikistan Respublikasının “TALCO” ASC arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “TALCO” ASC arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Tacikistan Respublikasının “TALCO” alüminium zavodunun istehsal gücünün artırılması ilə əlaqədar investisiya imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması məqsədi daşıyır. 

Layihə çərçivəsində Azərbaycan idxalçılarının ilkin alüminiumu daha sərfəli şərtlərlə əldə etməsi məqsədilə “TALCO" ASC zavoduna investisiya yatırılması imkanları nəzərdən keçiriləcək.