XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa İnnovation” və Türkiyənin “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa İnnovation” və Türkiyənin “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb

10 oktyabr 2024-cü il tarixində “InMerge” İnnovasiya Sammiti çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında startap layihələrinə kapital qoyuluşu etmək məqsədilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Pasha Innovation” və Türkiyənin “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret” şirkəti arasında 4 milyon ABŞ dolları dəyərində “INMerge” vençur fondunun (İVF) yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanmışdır.

İVF erkən inkişaf mərhələsində (“seed” və “pre-seed”) olan və əsas fəaliyyəti sahələri “SaaS”, “FinTech”, “AI”, “DeepTech”, “AgriTech”, “EdTech” olan startaplara investisiya edərək sahibkarlıq fəaliyyətini dəstəkləmək və inkişaf edən ölkələrdə iqtisadi artımı stimullaşdırmaq məqsədini daşıyacaq.

İVF qeyd olunan regionlardan, eyni zamanda fəaliyyət göstərdiyi yerindən asılı olmayaraq bu ölkələrin vətəndaşları tərəfindən yaradılmış startapların maliyyəşdirilməsini həyata keçirəcək. Bir startap üçün investisiya məbləğinin 25 000 - 200 000 ABŞ dolları arasında dəyişəcəyi, ortalama investisiya məbləğinin isə 75 000 - 80 000 ABŞ dolları olacağı ehtimal olunur. Fond tərəfindən ilk 3-4 il ərzində hər il 10-12 startapa investisiyanın həyata keçirməsi planlaşdırılır.

Fondun nizamnamə kapitalının 4 milyon ABŞ dolları təşkil edəcəyi və bu məbləğin tam həcmdə institusional investorlardan (“Azərbaycan İnvestisiya Şirkəti” ASC – 1 mln ABŞ dolları “Paşa İnnovation” MMC – 1 mln ABŞ dolları, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs – 1 mln ABŞ dolları və “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret Anonim Şirketi” – 1 mln ABŞ dolları) cəlb edilməsi planlaşdırılır.