XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

AİŞ Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü oldu

AİŞ Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü oldu

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvlüyünə qəbul olunub. AHK Azərbaycan, Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq və innovasiyaların inkişafına töhfə verən aparıcı biznes şəbəkəsidir.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Palata, şirkətlərə bazar araşdırmaları, tərəfdaş tapmaq və yerli biznes fəaliyyətinin təşkili kimi məsələlərdə informasiya və dəstək xidmətləri təqdim edir.