XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

AİŞ-in AHK Azərbaycana üzvlüyü rəsmi təsdiq edildi

AİŞ-in AHK Azərbaycana üzvlüyü rəsmi təsdiq edildi

07 may 2025-ci il tarixdə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) üzvlərinin Fairmont Baku Otelində keçirilmiş İllik Yığıncağında iştirak edib. Yığıncaq Palatanın ötən il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsi və gələcək təşəbbüslərinin müzakirəsi məqsədilə AHK üzvlərini bir araya gətirib.

Tədbirin gündəliyi Palatanın son fəaliyyətlərinin icmalını, növbəti il üçün nəzərdə tutulan strateji planlar, eləcə də növbəti il üçün strateji planları əhatə edib. Üzv şirkətlər AHK-nın yeni layihələri, baş vermiş yenilikləri və AHK Azərbaycanın biznes strategiyasında yeni perspektivlər barədə məlumatlandırıldılar.

Yığıncaqda, Azərbaycan İnvestisiya Şirkəti də daxil olmaqla, yeni üzvlər rəsmi şəkildə təqdim edildi və Palataya daxil olmaları təsdiq edildi.

Tədbir, həmçinin, AHK üzvləri üçün nailiyyətlərini bölüşmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli bir platforma rolunu oynadı. Müzakirələrdə Palatanın iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, investisiya təşəbbüslərinin dəstəklənməsi və Almaniya ilə Azərbaycan arasında biznes əlaqələrinin möhkəmləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulandı.

AİŞ-in AHK Azərbaycanın üzvü olaraq tanınması şirkətin beynəlxalq tərəfdaşlıqlara sadiqliyinin və Azərbaycanın xarici investisiyalar üçün cəlbedici məkan kimi təşviqində əhəmiyyətli rol oynadığının göstəricisidir.