XƏBƏRLƏR ƏLAQƏ
İNVESTİSİYALAR

Balkhoorma - xurma qurudulması və emalı zavodu

Balkhoorma - xurma qurudulması və emalı zavodu

VƏZİYYƏT: DAVAM EDƏN

BALKHOORMA Şirkəti 2016-cı ildə fəaliyyətə başlamış, 2022-ci ildə AİŞ-in dəstəyi nəticəsində xurma qurutma və emalı üzrə bölgədə ən böyük fabriklərdən birini tikdi. Məhsulun hazırlanması üçün xammal yerli xurma bağlarından əldə edilir.

Zavod bütün lazımi avtomatlaşdırılmış avadanlıqlarla təchiz edilmişdir və yuyulma, soyulma, soyutma, qablaşdırma sexlərindən ibarət olmaqla, müasir standartlara tam uyğunlaşdırılmışdır. Azərbaycan xurma istehsalına görə dünyada ilk beşlikdə olduğundan, meyvə ehtiyatları həm yerli satışlara, həm də ixraca artıqlaması ilə kifayət edir.

AİŞ ilə əməkdaşlıq sayəsində şokoladla örtülmüş xurma, qurudulmuş kivi, gavalı, alma, çiyələk kimi yeni məhsul yenilikləri istehsala əlavə edildi. BALKHOORMA MMC bu günə kimi Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına da çatmış və Azərbaycanın bu ekzotik ləzzətini xarici alıcılara da təqdim etmişdir.

Şirkətin hədəfi daha çox ölkədə məhsul çeşidi ilə hər bir alıcıya orqanik və faydalı məhsullar çatdırmaqdır.

 

Layihənin ümumi dəyəri: 16.5 milyon AZN

İş yerlərinin sayı: 120 (mövsümdən asılı olaraq – 350)

İnvestisiyanın yatırıldığı il: 2022