XƏBƏRLƏR ƏLAQƏ
İNVESTİSİYALAR

DIAMED Development Group - infuzion məhlulların istehsalı zavodu

DIAMED Development Group - infuzion məhlulların istehsalı zavodu

VƏZİYYƏT: DAVAM EDƏN

AİŞ ASC, 2022-ci ildə “Diamed Development Group” MMC ilə birgə “Venadaxili infuziya məhlullarının istehsalı zavodu” layihəsinə investisiya yatırmışdır. İnfuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə olunur. Layihə çərçivəsində zavod Natrium xlorid (0,9%), Qlükoza (5%), Ringer, Ringer laktat məhsullarını istehsal edir.

Bu layihə, tibb sahəsində infuziya müalicələrinin effektivliyini artırmaq və xəstələrin sağlamlığını yaxşılaşdırmaq üçün mühüm addım kimi qiymətləndirilir. Layihə müasir istehsal texnologiyalarından istifadə edərək, keyfiyyətli və etibarlı infuziya məhlulları təqdim etməyi hədəfləyir.

 

Layihənin ümumi dəyəri:  15.6 milyon AZN

İş yerlərinin sayı: 51

İnvestisiyanın yatırıldığı il: 2022