VƏZİYYƏT: DAVAM EDƏN
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərşəkər MMC və Azərsun Kənd Təsərrüfatı arasında imzalanmış müqavilə çərçivəsində, idxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə İmişli şəhərində illik istehsal gücü 10,500 ton pivəlik arpa səmənisinin emalı zavodu inşa edilib.
Bu zavodun avadanlıqları İsveçrənin tanınmış “Bühler GmbH” şirkəti tərəfindən təmin ediləcək. Şirkətin laborator müayinələri nəticəsində “Azərşəkər MMC” tərəfindən bəcərilmiş pivəlik arpanın sənaye üzrə keyfiyyət standartlarına uyğun olduğu təsdiqlənmişdir.
Bu, yerli istehsalın artırılması və ölkənin kənd təsərrüfatı sektorunun inkişafı üçün əhəmiyyətli bir addımdır. Zavodun istifadəyə verilməsi, həmçinin regionda iş imkanlarının artmasına və iqtisadi inkişafın sürətlənməsinə də kömək edəcək.
Layihənin ümumi dəyəri: 29,8 milyon AZN
İş yerlərinin sayı: 44
İnvestisiyanın yatırıldığı il: 2024




