VƏZİYYƏT: DAVAM EDƏN
“Azərbaycan İnvestisiya Şirkəti” ASC Ağdam Sənaye Parkının rezident statusunu almış "Bafco İnvest" MMC şirkətinin işçi ayaqqabıları istehsalı zavoduna investisiya yatırmışdır. Zavod son nəsil alman avadanlıqları ilə təchiz olunub. Zavodda müxtəlif təyinatlı işçi ayaqqabılarının istehsal prosesi müasir standartlara uyğun şəkildə təşkil edilir. "Bafco İnvest" MMC, müxtəlif sənaye sahələrində işçilərin maksimum təhlükəsizliyini və rahatlığını təmin edən məhsullar təqdim edir. Bu ayaqqabılar, ağır iş şəraitində çalışan işçilər üçün ideal seçimdir. Zavod yarımboğaz botlar, uzunboğaz botlar və uzunboğaz poliuretan çəkmələr istehsal edir. Məhsulların hər biri iş mühitinin tələblərinə uyğun dizayn edilir və istifadəçilərin rahatlığını ön planda tutaraq yüksək keyfiyyət standartlarına cavab verir. Layihənin məqsədi işçi təhlükəsizliyinin artırılması və iş mühitinin daha da yaxşılaşdırılmasıdır.
Layihənin ümumi dəyəri: 13 milyon AZN İş yerlərinin sayı: 68 İnvestisiyanın yatırıldığı il: 2024 |




