XƏBƏRLƏR ƏLAQƏ
İNVESTİSİYALAR

"Şəfəq" Günəş Elektrik Stansiyası

"Şəfəq" Günəş Elektrik Stansiyası

VƏZİYYƏT: DAVAM EDƏN

ŞƏFƏQ  AİŞ, SOCAR və bp arasında imzalanan Səhmdar Sazişi ilə Cəbrayıl rayonunda yaradılmış 240 MVt gücündə Elektrik Stansiyası layihəsidir. Layihə üzrə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya layihəsidir.

“Şəfəq” GES-in illik istehsalı təxminən 500 milyon kilovat/saat olacaq və bu, karbon emissiyasını azaldaraq, enerji qənaətinə kömək edəcək.

“Şəfəq” GES, Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürəcək , eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerjidən təmin edəcək. Layihə, Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaq məqsədi daşıyır. Bu stansiya, həmçinin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verəcək.

 

Layihənin ümumi dəyəri: 204 milyon ABŞ dolları

İş yerlərinin sayı: 20

İnvestisiyanın yatırıldığı il: 2025