XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

Sənaye məhəllələri İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verildi

Sənaye məhəllələri İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verildi

Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən, ölkəmizdə aparılan iqtisadi islahatların davam etdirilməsi, mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış AİŞ qeyri-neft sektorunun inkişafı məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi, yerli iqtisadiyyatda əlavə dəyər yaradan layihələrin həyata keçirilməsi, habelə kapital bazarının inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.