İCRAÇI DİREKTOR
İCRAÇI DİREKTOR
Ülvi Eldar oğlu Mansurov 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-ci ildə Ü.Mansurov iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Böyük Britaniyanın Uorvik Universitetində 2012–2015-ci illərdə təhsil alaraq, MBA dərəcəsini, 2024-cü ildə isə Makroiqtisadiyyat sahəsində Biznes İnzibatçılığı üzrə fəlsəfə doktoru dərəcəsini əldə edib.
Ü. Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə "Bank Technique" İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
Ü. Mansurov 31 mart 2017-ci ildə "Azərpoçt"un baş direktoru təyin olunub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktor vəzifəsinə təyin edilməmişdən əvvəl, Ü. Mansurov Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə yeni yaranmış İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentində baş direktor qismində işləmişdir.
İCRAÇI DİREKTORUN MÜAVİNİ
Murad Nizami oğlu Abdullayev 14 may 1987-ci il tarixində Bakı şəhəridə anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 2008-2010-cu illərdə isə eyni fakültədə magistr dərəcələri üzrə təhsil alıb. Əlavə olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr dərəcəsi üzrə təhsil almışdır.
M. Abdullayev əmək fəaliyyətinə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarlar əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsində başlamış və bir sıra beynəlxalq maliyyə institutlarının Azərbaycanda maliyyələşdirdiyi infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir.
M. Abdullayev əmək fəaliyyətini 2012-2016-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti ASC-də Monitorinq və Sənaye Məhəlləri şöbələrində mütəxəssis və şöbə müdiri vəzifələrində davam etdirmişdir. 2016-2018-ci illərdə, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsində müdir, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti vəzifələrində çalışmışdır.
M.Abdullayev 2018-ci il 5 yanvar tarixindən etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsində çalışır.
İCRAÇI DİREKTORUN MÜAVİNİ
Yasin Cəlil oğlu Cəlilov 29 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
1993-1998-ci illərdə “Xəzər” universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politoloqiya İnstitutunda Politologiya fakültəsində bakalavr və Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin İdarə Edilməsi, İqtisadiyyat və Menecment fakültəsində magistr dərəcələri üzrə təhsil alıb. Əlavə olaraq, 2015-2018-ci illərdə Böyük Britaniyanın Uorvik Universitetində təhsil alaraq, MBA dərəcəsini əldə edib.
Y. Cəlilov əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında başlayıb, 1996 – 2011-ci illərdə müxtəlif vəzifələrdə və 2011-2018-ci illərdə sözügedən bankda Korporativ Biznes Departamentinin direktoru vəzifəsində işləyib.
2018-ci ildən VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü kimi çalışıb.
Y.Cəlilov 2022-ci il 14 fevral tarixindən etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə Şirkətin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.