XƏBƏRLƏR ƏLAQƏ

İnvestisiya strategiyası

Keyfiyyət göstəriciləri

Biz əsasən Azərbaycan ərazisinə investisiya yatırırıq. Yüksək potensiala malik bir neçə sektor müəyyənləşdirilmişdir:

Kənd təsərrüfatı - meyvə və tərəvəzlərin istehsalı üzrə istixanalar, intensiv açıq tarla bağları.

Regional logistika - Ələt Port əsasında kontenyner inşası, saxlama anbarları və s. kimi müəssisələr.

Qida istehsalı - idxaləvəzləyici qida istesalı, ölkədə yetişdirilən və istehsal edilən xammal emalı.

Əczaçılıq - Pirallahı Sənaye Parkının inkişafı, ölkədə dərman istehsalında iştirakda investor marağını artırmaq üçün layihələrin araşdırılması.

Bərpa olunan enerji - yaşıl enerji, habelə məişət tullantılarından enerjinin əldə edilməsi üzrə layihələrin inkişafı və birgə maliyyələşdirilməsi. Bərpa olunan enerji layihələrinin kənd təsərrüfatı kimi digər sektorlarla birgə həyata keçirilməsi.

Kəmiyyət göstəriciləri

- Minimum 500 000 AZN və maksimum AİŞ-in idarəsində olan aktivlərinin 20% dəyərində layihələrdə iştiraka üstünlük;

- Ən azı 10% daxili gəlirlilik dərəcəsi (İRR);

- Layihənin 30%-dək maliyyələşdirilməsi;

- 5-7 il iştirak müddəti.

 

*AİŞ-in Risklərin İdarə Edilməsi Siyasətindən götürülmüşdür.