“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ölkəmizdə keçirilən COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb. Razılaşmalar dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlib.
AİŞ ilə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə Anlaşma Memorandumu imzalanıb. Layihənin məqsədi Azərbaycanda karbon texnologiyalarının inkişafına yönəlib. Əməkdaşlıq iki əsas karbontutma yanaşmasına üstünlük verəcək: Atmosferdən birbaşa CO2 udmağı nəzərdə tutan Birbaşa Hava Tutma (Direct Air Capture) və CO2-ni atmosferə daxil olmazdan öncə tutan Karbon Tutma.
Tədbirdə "Carbonbit Technologies" şirkətinin İcraçı Direktoru Philip Hargreaves, "BeZero" Karbon Reytinqləri Agentliyinin İcraçı Direktoru Tommy Rickets, Britaniya-Azərbaycan Ticarət Palatasının həmsədri John Patterson karbon bazarları, karbon emissiyalarının azaldılması məqsədilə atılacaq addımlar və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı nitqlə çıxış etdilər.
İnnovativ karbon texnologiyalarına investisiya yatırmaqla Azərbaycan karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə vermək məqsədi daşıyır. AİŞ və Carbonbit Technologies arasında bu əməkdaşlıq həm layihənin sürətlə irəliləməsinə imkan verdiyi, həm də Mərkəzi Asiya, MDB və onun hüdudlarından kənara ixrac edilməsi imkanını yaratmaqla Azərbaycanı karbon tutma texnologiyası üzrə regional mərkəz kimi mövqeləndirdiyi üçün mühüm əhəmiyyət kəsb edir.
![](/storage/articles/obLuvS8kW1IDHXt44ALA6xYktNXcO5lANoXWdbE4.png)
![](/storage/articles/mVOGZgo2ekzQq528tdcHwwNhTnigxKgYZgnIgLTa.png)
![](/storage/articles/kdkn0dYu54hrgFFdQQQX7xFA5QZ7fnJNM6FpKHZu.png)
![](/storage/articles/Ffh3g556VnBVc5EieRbUw3mWyZ49ANIyaadKBsyl.png)
![](/storage/articles/yiCqCsSaE5PWx8wW3LWz9OZZRTuAreUvUIwRQhwX.png)