Özbəkistanla iqtisadi əlaqələr genişlənir
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi müzakirə olunub.