Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində ölkəmizin investisiya imkanlarına dair sessiya keçirilib
Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində keçirilən Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiyada ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, bərpa olunan və “yaşıl” enerji, nəqliyyat-tranzit potensialı barədə məlumat verilib.